Vergi işləri üçün vəkil xərcləri
Ətraflı məlumat üçün səhifənin alman versiyasına tıklayın.
Miqrasiya ve sığınacaq məsələləri ilə əlaqədar vəkil xərcləri
Vəkil tutmaq təbii ki mandant (müştəri) üçün müəyyən xərclər yaradır. Əgər mandantla individual müqavilə bağlanmayıbsa vəkilin ödəniş haqqı qanunla (Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi haqqında Qanun, almanca Rechtsanwaltsvergütungsgesetz) nəzərdə tutulmuş qaydada hesablanır.
İşin ilkin dəyərləndirməsi pulsuz olaraq həyata keçirilir. İlkin dəyərləndirmə zamanı mümkün hüquqi imkanlar nəzərə çatdırılır, şanslar və risklər haqqında məlumat verilir.
Təbii ki, ilkin dəyərləndirmə hüquqi məsləhəti əvəz edə bilməz. Hüquqi məsləhətin ödəniş haqqı işin dəyərindən və mürəkkəbliyindən asılıdır. Çox mürəkkəb olmayan işlərdə hüquqi məsləhət üçün qiymət 100 avrodan başlayır və əlavə olaraq 19 % dövriyyə vergisi əlavə olunur.
Məhkəmədən əvvəl vəkil fəaliyyəti xərcləri də işin dəyərindən və mürəkkəbliyindən asılıdır. Bu iş üçün minimum ödəniş məbləği 800 €-dan başlayır. Mürəkkəb işlərdə bu haqq daha da yüksək ola bilər. Ətraflı məlumat almaq üçün səhifənin alman versiyasına tıklayın.
Məhkəmə vəkil nümayəndəliyi xərcləri mübahisə predmeti məbləğindən asılıdır və onun əsasında hesablanır. Miqrasiya məsələlərində mübahisə predmeti məbləği hər şəxs üçün 5000 € qəbul edilmişdir. Sığınacaq məsələlərində də mübahisə predmeti məbləği eyni olaraq 5000 € qəbul edilmişdir və hər əlavə şəxsə görə 1000€ hesablanır.
Bir qayda olaraq, müştərilərimizlə sabit ödənişi təmin edən yazılı bir ödəniş müqaviləsi bağlanılır. Ödənişlər hissə-hissə ödənilə bilər.