Biz sizə məmnuniyyətlə qalma hüququnun bütün sualları ilə əlaqədar məsləhət verə və inzibati prosesdə əcnəbilərin işləri ilə əlaqədar inzibati orqanlarda, eləcə də Almaniyanın Səfirliklərində ya da məhkəmə prosesində İnzibati məhkəmələrdə sizi təmsil edə bilərik.
Siz Almaniyada qalmaq hüququ əldə etmək istəyirsiniz (təhsil və ya tədqiqat aparmaq, ailə birləşməsi üçün və ya humanitar səbəblərdən) və ya qalma hüququnuzu möhkəmləndirmək istəyirsiniz, məsələn məskunlaşma icazəsi və ya Avropa İttifaqında daimi yaşamaq icazəsi ilə və yaxud deportasiya, ölkədən çıxarılmaq kimi inzibati qərarlara qarşı hüquqlarınızı müdafiə etmək istəyirsiniz? Bizimlə əlaqə saxlayın!